Putin Cinpinlə görüşdü

Putin Cinpinlə görüşdü
Gündəm 08 May 2025 11:48

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında görüş keçirilir.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb. 

Putinin köməkçisi Yuriy Uşakov daha əvvəlki açıqlamasında tərəflər arasında həm ikitərəfli, həm də nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcəyini bildirib. 

Xatırladaq ki, S.Cinpin Qələbə Günü ilə bağlı keçiriləcək paradda iştirak etmək üçün Moskvada səfərdədir.