Bakıda dövlət ziyafəti verildi

Bakıda dövlət ziyafəti verildi
SİYASƏT 07 May 2025 22:04

Mayın 7-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın və xanımı No Fon Linin şərəfinə dövlət ziyafəti verilib.

Sitat.info xəbər verir ki, ziyafətdə Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı təqdim olunub.