Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq
Gündəm 06 May 2025 22:21

“Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. 

Bu barədə “Sitat.info”ya “Azəriqaz” İB-dən bildirilib.

Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla və rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.