AK rus qazından imtina planını təsdiqlədi

AK rus qazından imtina planını təsdiqlədi
Gündəm 06 May 2025 19:13

Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqına (Aİ) Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün “yol xəritəsi” layihəsini təqdim edib.

Sitat.info xəbər verir ki, bu barədə AK-nın enerji məsələləri üzrə üzvü Dan Yorgensen Strasburqda keçirilən mətbuat konfransında bildirib.

"Bu gün biz "yol xəritəsi"ni təsdiq etdik və gələn ay komissiyanın qanunvericilik təkliflərini təqdim edəcəyik", - o qeyd edib.