Putin Pezeşkianla telefonla danışdı

Putin Pezeşkianla telefonla danışdı
Dünya 06 May 2025 15:20

Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

Bildirilib ki, liderlər söhbət zamanı Tehran və Vaşinqton arasında İranın nüvə proqramına dair aparılan danışıqları, eləcə də Moskvanın bu məsələyə dair dialoqun irəliyə aparılmasına dəstək verməyə hazır olmasını müzakirə ediblər.