Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşüb

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşüb
SİYASƏT 06 May 2025 14:50

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, nazir müavini Səid Xətibzadə ilə görüşüb.

 Sitat.info xəbər verir ki, görüş zamanı Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlıq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.