Tofiq Yaqublu ev dustaqlığına buraxılmadı

Tofiq Yaqublu ev dustaqlığına buraxılmadı
SİYASƏT 06 May 2025 13:50

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Sitat.info-nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda apellyasiya şikayətlərinin dəlilləri araşdırılıb.

Müdafiə tərəfi T. Yaqublunun ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatəti əsaslı hesab etmədiyindən təmin etməyib.

Apellyasiya baxışı mayın 23-nə təyin edilib.

Qeyd edək ki,  Tofiq Yaqublu iki ay əvvəl 9 il azadlıqdan məhrum edilib.