“Real” Lunini onunla əvəzləyəcək

“Real” Lunini onunla əvəzləyəcək
İdman 02 May 2025 12:20

“Real Madrid” qapıçısı Andrey Luninin əvəzedicisi kimi “Çelsi”nin 30 yaşlı qolkiperi Kepa Arrizabalaqanı heyətinə qatmaq istəyir.

Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbə yazır ki, ukraynalı qolkiper ona verilən oyun müddətindən narazı qaldığı üçün yayda İspaniya nəhəngini tərk etmək istəyir. Futbolçu artıq qərarı ilə bağlı “Real Madrid” rəhbərliyini məlumatlandırıb.

Qeyd edək ki, Arrizabalaqa 2023/2024 mövsümündə “Çelsi”dən icarə əsasında “kral klubu”nda çıxış edib. 

Bu mövsüm isə ispaniyalı qolkiper icarə əsasında “Bornmut”da forma geyinir. Futbolçunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalı Kepanın transfer qiymətini 11 milyon avro qiymətləndirir.qafqaz

“Real” Lunini onunla əvəzləyəcək