Danışıqların dördüncü raundu təxirə salındı

Danışıqların dördüncü raundu təxirə salındı
Gündəm 01 May 2025 18:50

Mayın 3-ü şənbə günü keçirilməsi planlaşdırılan İran-ABŞ danışıqlarının dördüncü raundu təxirə salınıb.

Sitat.info xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” nəşri məlumat yayıb.

Bildirilir ki, bunun fonunda İranın Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri ilə görüşü də təxirə salına bilər.