Prezidentin Mətbuat Xidmətinin sektor müdiri işdən çıxarıldı

Prezidentin Mətbuat Xidmətinin sektor müdiri işdən çıxarıldı
SİYASƏT 01 May 2025 15:12

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.

Sitat.info xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.

Bildirilib ki, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.

Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat Xidmətinin çəkiliş qrupunda çalışırdı. Onun, həmçinin MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.