Avtomobilini polislərin üzərinə sürdü: "Saxla" əmrinə tabe olmadı -Anbaan görüntülər
Sərxoş halda mikroavtobus idarə edən şəxsin qanunazidd əməllərinin qarşısı alınıb.
Məsuliyyətdən yayınmaq məqsədilə qarşıdakı postlarda da təhlükəli manevrlər edərək polisin qanuni tələblərinə məhəl qoymayan Kənan Mirzəli görülən tədbirlər nəticəsində saxlanılıb.
Araşdırması zamanı avtomobili hüquqsuz və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğunda Kənan Mirzəli məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.