İspaniyada elektrik kəsintisi səbəbindən 5 nəfər öldü

İspaniyada elektrik kəsintisi səbəbindən 5 nəfər öldü
Gündəm 29 Aprel 2025 21:10

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölüb.

Sitat.info  xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, Orense əyalətində (Qalisiya muxtar icması) eyni ailənin üç üzvü dəm qazından boğularaq dünyasını dəyişib.

Həmçinin qeyd olunur ki, Valensiya muxtar icmasında süni nəfəs aparatına qoşulu olan bir qadın enerji kəsintisi nəticəsində oksigenin tükənməsi nəticəsində ölüb. Bundan əlavə, Madriddə şamın səbəb ola biləcəyi yanğında başqa bir qadın ölüb.

Qeyd edək ki, ötən gün İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb.