Gürcüstandakı səfirliyimizdə yeni vəzifə təsis edildi - Sərəncam

Gürcüstandakı səfirliyimizdə yeni vəzifə təsis edildi - Sərəncam
Gündəm 29 Aprel 2025 16:24

Azərbaycanın Gürcüstandakı Səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmçinin Azərbaycanın Almaniya və Fransadakı səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifələri ləğv edilib.