Tacikistan antiterror əməliyyatına başladı

Tacikistan antiterror əməliyyatına başladı
Dünya 18 May 2022 11:28

Tacikistan ölkənin şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində antiterror əməliyyatı başladıb.

Sitat.info xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mütəşəkkil cinayətkar dəstə üzvləri ictimai-siyasi sabitliyi pozmaq məqsədilə dünən Düşənbə-Kulma avtomobil yolunun Ruşan ərazisindən keçən hissəsini qanunsuz olaraq bağlayıblar.

Açıqlamada beynəlxalq terror təşkilatları tərəfindən yaradılan və maliyyələşdirilən Ruşan bölgəsində mütəşəkkil cinayətkar dəstə üzvlərinin fəaliyyətində terror əlamətlərinin olduğu qeyd edilib.

/Axar.az