Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini intensiv atəşə tutub

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini intensiv atəşə tutub
Gündəm 18 May 2022 09:30

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.