Çindən Azərbaycanla bağlı açıqlama

Çindən Azərbaycanla bağlı açıqlama
Gündəm 21 Aprel 2025 18:50

Çin və Azərbaycan strateji tərəfdaşdırlar.

Sitat.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun mətbuat konfransında bildirib.

“Çin və Azərbaycan strateji tərəfdaşdırlar. Son illər hər iki liderin şəxsi qayğısı və səyi ilə Çin-Azərbaycan münasibətləri siyasi qarşılıqlı inamın dərinləşməsi, “Bir kəmər, bir yol” üzrə səmərəli əməkdaşlıq və səmərəli beynəlxalq koordinasiya ilə sağlam inkişaf tempini qoruyub”, - XİN rəsmisi vurğulayıb.