Sürücülərin diqqətinə: Bu prospektdə təmir işləri aparılacaq

Sürücülərin diqqətinə: Bu prospektdə təmir işləri aparılacaq
HADİSƏ 19 Aprel 2025 22:37

Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində (“Koroğlu” metro stansiyası istiqamətində “Çermet” körpüsündən tünelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq.

Bu barədə Sitat.info-ya AAYDA-dan məlumat verilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.