Neymar meydanı göz yaşları içində tərk edib

Neymar meydanı göz yaşları içində tərk edib
Gündəm 17 Aprel 2025 18:36

Braziliyanın "Santos" klubunun hücumçusu Neymar Braziliya çempionatının 4-cü turunda "Atletiko Mineyro" ilə (2:0) matç zamanı meydanı gözyaşları içində tərk edib.

Sitat.info- nun verdiyi məlumata görə sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.

Hücumçu matçın 34-cü dəqiqəsində əvəzlənib.

Bildirilib ki, braziliyalı futbolçuda martda onu narahat edən və altı həftə meydandan kənar qalmasına səbəb olan sol bud zədəsinin residivi baş verib.