Ermənistanın əsas silah idxalçısı bu ölkə oldu

Ermənistanın əsas silah idxalçısı bu ölkə oldu
SİYASƏT 17 Aprel 2025 15:18

Ermənistana 2022-2024-cü illər arasında idxal edilmiş bütün silahların 43%-ni Hindistan təmin edib.

Sitat.info  xəbər verir ki, bu barədə “Röyters” Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna istinadən məlumat yayıb.

“2022-2024-cü illərdə Ermənistanın idxal etdiyi silahların ümumi həcminin 43%-i Hindistandan gəlib”, - qeyd olunub.

Xatırladaq ki, son illər Hindistan Ermənistan ordusunun əsas silah tədarükçüsünə çevrilib. Tərəflər 2022-2023-cü illərdə yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıb.