Sabunçu tunelini yenidən su basdı

Sabunçu tunelini yenidən su basdı
Gündəm 16 Aprel 2025 14:13

Artıq iki gündür respublika ərazisində hava şəraiti kəskin dəyişib. Bu gecədən etibarən intensiv yağış yağmağa başlayıb. Bunun nəticəsində paytaxtın bir sıra küçə və prospektlərini, eyni zamanda körpüləri su basıb.

Su basan yerlərdən biri də ötən ilin oktyabrında iki nəfərin boğularaq öldüyü Sabunçu rayonu ərazisindəki tuneldir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işlər görür.