Sumqayıtda avtomobillər yağış sularında batdı

Sumqayıtda avtomobillər yağış sularında batdı
Gündəm 16 Aprel 2025 11:47

Aramsız yağan yağış Sumqayıtda da fəsadlar törədib.

Sitat.info xəbər verir ki, şəhərin bəzi küçələrinə yağış suları dolub, piyadaların və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Sumqayıt küçələrinin birində isə avtomobillər hündürlüyü artmış yağış sularında batıb.