Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi

Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi
Gündəm 15 Aprel 2025 17:10

Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. 

Belə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq müəyyən ediləcək.