“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...
Gündəm 15 Aprel 2025 13:24

Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və hətta yeni müharibəni proqnozlaşdıran bütün söhbətlərə cavab vermək istəyirəm. Müharibə üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin yolverilməzliyini tanıyıb.

Sitat.info xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.

“Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər. Müharibə olmayacaq, sülh olacaq”, - o bildirib.