ADY-də yeni təyinat

ADY-də yeni təyinat
Gündəm 14 Aprel 2025 12:24

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni kadr təyinatı həyata keçirilib.

Sitat.info xəbər verir ki, Turxan Əhmədov Kommunikasiya departamentinin müdiri vəzifəsinə təyin olunub.

T. Əhmədov kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində 20 ildən artıq təcrübəyə malikdir. Yeni təyinatadək “Nobel Energy” şirkətində İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbərlik edib.