Hakan Fidan Lavrovla görüşüb

Hakan Fidan Lavrovla görüşüb
Gündəm 12 Aprel 2025 14:48

Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Sitat.info xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Görüş IV Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli münasibətlər dəyərləndirilib, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi və Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq səyləri ilə bağlı məsələlər, Suriya və Qəzzadakı son vəziyyət müzakirə edilib.