Milli Məclisin növbəti plenar iclası başladı

Milli Məclisin növbəti plenar iclası başladı
Gündəm 11 Aprel 2025 11:15

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Sitat.info xəbər verir ki, iclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

İclasın gündəliyinə sabiq hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi, digər bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad olunması da daxil olmaqla ümumilikdə 22 məsələ daxil edilib.