Türkiyə və Ermənistan rəsmiləri görüşdü

Türkiyə və Ermənistan rəsmiləri görüşdü
SİYASƏT 10 Aprel 2025 21:33

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Türkiyə XİN başçısının müavini Berris Ekinci ilə görüşüb.

Sitat.info  xəbər verir ki, bu barədə Kostanyan X hesabında məlumat yayıb.

“Ermənistan Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində XİN başçısının müavini Berris Ekinci ilə mühüm görüş keçirdik. Həmçinin mümkün yeni əməkdaşlıqlar üçün sahələrin təyin edilməsi üzrə danışıqlarımız oldu. Bundan başqa, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq”, – o bildirib.