Çin Zelenskini məsuliyyətsizlikdə ittiham etdi

Çin Zelenskini məsuliyyətsizlikdə ittiham etdi
Gündəm 10 Aprel 2025 19:12

Ukrayna Prezidenti Vladimir Zelenskinin çinlilərin döyüşlərdə iştirakı ilə bağlı bəyanatı məsuliyyətsizlikdir.

Sitat.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Szyan Pekində keçirdiyi mətbuat konfransında deyib.

“Biz maraqlı tərəflərə Çinin rolunu düzgün və aydın şəkildə anlamalarını, məsuliyyətsiz bəyanatlar verməkdən çəkinməyi tövsiyə edirik”, - o bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna xüsusi xidmət orqanlarında Rusiya tərəfində döyüşən ən azı 155 Çin vətəndaşı haqqında məlumatın olduğunu demişdi.