Husilər İsrailə və ABŞ aviadaşıyıcısına hücum etdilər

Husilər İsrailə və ABŞ aviadaşıyıcısına hücum etdilər
Gündəm 09 Aprel 2025 19:00

Husilər Təl-Əvivdəki hərbi obyektə və Qırmızı dənizdə ABŞ-ın aviadaşıyıcısına hücum edib.

Sitat.info xəbər verir ki, bunu husilərin nümayəndəsi Yəhya Səriya deyib.

“Silahlı qüvvələr PUA-dan istifadə edərək Təl-Əviv bölgəsində İsrail hərbi obyektinə zərbələr endirib”, - o bildirib.

Sariya qeyd edib ki, Qırmızı dənizin şimalında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harri Truman” aviadaşıyıcısına da hücum edilib.