Ərdoğan sabah PKK lideri ilə görüşən heyəti qəbul edəcək

Ərdoğan sabah PKK lideri ilə görüşən heyəti qəbul edəcək
SİYASƏT 09 Aprel 2025 14:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalanla görüşən DEM partiya heyətini qəbul edəcək.

Sitat.info xəbər verir ki, Ərdoğan DEM partiya heyətini sabah qəbul edəcəyini bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, terrorsuz Türkiyə hədəfini təsdiq edəcəklər.