Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gündəm 08 Aprel 2025 17:00

Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.