İtkin düşən gəncin meyiti bulvarda tapıldı - Foto

İtkin düşən gəncin meyiti bulvarda tapıldı - Foto
KRİMİNAL 08 Aprel 2025 16:29

Bakıda itkin düşən oğlanın cəsədi tapılıb.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı Fərid Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti Dənizkənarı Milli Parkda dənizdən tapılıb.

Polis əməkdaşları tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Fərid Məmmədov aprelin 1-də işdən çıxıb və evə qayıtmayıb. Onun barəsində axtarış elan olunmuşdu.