Məktəbdən “Son zəng”ə görə pul yığılır? - AÇIQLAMA

Məktəbdən “Son zəng”ə görə pul yığılır? - AÇIQLAMA
SOSİAL 16 May 2022 22:31

Bakı şəhərində fəaliyyət göstərən məktəblərdən birində pul yığılması iddia olunub. 

SİTAT.İNFO xəbər verir ki, Mikayıl Müşfiq adını daşıyan 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı bildirilib.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "oxu.az"-a bildirilib ki, idarə tərəfindən müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.