Almaniya şoka düşdü: ABŞ-dan 1200 ton qızılını çıxardır

Almaniya şoka düşdü: ABŞ-dan 1200 ton qızılını çıxardır
Gündəm 05 Aprel 2025 14:26

Almaniya AB-yə qarşı tətbiq olunan rüsumlara görə ABŞ-da saxlanılan 1200 ton qızılını geri qaytarmaq istəyir.

Sitat.info xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

Qeyd olunub ki, bu qızılın dəyəri 113 milyard avrodur.

“Trampın gözlənilməz siyasəti hökuməti şoka salıb və artıq Amerika etibarlı tərəfdaş kimi qiymətləndirilmir. Almaniya dünyada ikinci ən böyük qızıl ehtiyatına malikdir və bu ehtiyatların 37%-i ABŞ-da saxlanılır. Bu, ehtiyac yarandığı halda Almaniya hökumətinin həmin qızılı dollar və ya digər sabit valyutaya dəyişə bilməsi üçün zəmanət kimi nəzərdə tutulmuşdu”, – deyə nəşr qeyd edir.