Qadın futbolçularımız Litva millisini məğlub etdi

Qadın futbolçularımız Litva millisini məğlub etdi
İdman 04 Aprel 2025 22:19

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında Litvaya qalib gəlib.

Sitat.info xəbər verir ki, C Liqasının IV qrupunda millimiz Litvanı 2-0 məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Hazırda millimizin aktivində 4 xal var və Monteneqro ilə birinci və ikinci pilləni bölüşür.