Azərbaycan yığması FİFA reytinqində gerilədi

Azərbaycan yığması FİFA reytinqində gerilədi
Gündəm 03 Aprel 2025 17:00

Növbəti FİFA reytinqi açıqlanıb. 

Sitat.info xəbər verir ki, bu barədə ali futbol qurumunun saytında məlumat yayılıb.

Azərbaycan yığması siyahıda iki pillə geriləyib. Buna millimizin mart ayında keçirdiyi yoldaşlıq görüşlərində Haiti və Belarusa məğlubiyyətləri səbəb olub. Haitiyə 0:3 hesabı ilə uduzan yığmamız Belarusla görüşdə qapısından iki cavabsız top buraxıb.

Fernandu Santuşun çalışdırdığı kollektiv 1160 xala malikdi və hazırda 119-cu pillədə yer alıb.