Nazir yeni rəis təyin etdi

Nazir yeni rəis təyin etdi
Gündəm 16 May 2022 17:31

Daxili işlər orqanında kadr dəyişikliyi olub.


Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şıxəliyev Turan Şikar oğlu vəzifəsindən azad olunub.

O, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin olunub./Sitat.info