Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi
Gündəm 02 Aprel 2025 19:00

 

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sitat.info xəbər verir ki, məktubda qeyd olunur:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Allah-Taaladan Sizə cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına və bütün xalqlara xeyir-bərəkət, səadət bəxş etməsini arzulayıram.

Ramazan bayramınız mübarək!"