Narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edildi - FOTO

Narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edildi - FOTO
Gündəm 01 Aprel 2025 10:42

 

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Sitat.info"ya verilən məlumata görə, ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov  barəsində həbs qətimkan tədbiri seçilib.