Bakıda ağır qəza: qadın öldü

Bakıda ağır qəza: qadın öldü
Gündəm 01 Aprel 2025 09:30

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

1996-cı il təvəllüdlü Elçin Qəhrəmanov idarə etdiyi VAZ-21 010 markalı avtomobillə 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Xatirə Məmmədova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.