Bu türk ölkəsində partlayış: ölü və yaralılar var

Bu türk ölkəsində partlayış: ölü və yaralılar var
Gündəm 31 Mart 2025 19:46

Özbəkistanın Əndican vilayətinin İzbaskan rayonundakı məsciddə partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Özbəkistan Baş nazirinin müavini Açilbay Ramatov və fövqəladə hallar naziri Batir Kudratxacayev yollanıblar.

Hadisənin məsciddə qaz-hava qarışığının partlaması nəticəsində baş verdiyi bildirilir.