Kömür mədənində partlayış: ölənlər var

Kömür mədənində partlayış: ölənlər var
Gündəm 31 Mart 2025 17:50

İspaniyanın Asturiya bölgəsində yerləşən Deqana qəsəbəsində kömür mədənində partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Asturiya Muxtar İcmasının Təcili Yardım Qurumundan məlumat verib.

Partlayış nəticəsində ən azı 2 nəfər ölüb, 3 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb.

Bildirilib ki, şaxtaçılar qrafit istehsalı üçün mineralların çıxarılması üzrə icazə əsasında iş aparırmışlar.

Hadisə yerinə çox sayda təcili yardım, yanğınsöndürmə və mülki yardım qrupları göndərilib.