Polis binaların girişində oğurluq edənləri saxladı - Fotolar + Video

Polis binaların girişində oğurluq edənləri saxladı - Fotolar + Video
KRİMİNAL 31 Mart 2025 21:32

Sosial şəbəkələrdə Sumqayıt şəhərində binaların girişlərində oğurluq edilməsi ilə bağlı görüntülər yayılıb. 

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində görüntülərdəki şəxslər 38 yaşlı Azad Sarıyev və 29 yaşlı Zaur Ərzimanov saxlanılıb. 

Onların Sumqayıt şəhəri ərazisində analoji cinayətlərdə iştirak edib-etmədiklərini müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.