Ankaradan Dəməşqə birbaşa uçuşlar başlayır

Ankaradan Dəməşqə birbaşa uçuşlar başlayır
Gündəm 29 Mart 2025 18:00

Türkiyənin “Ajet” aviaşirkəti Ankaradan Dəməşqə uçuşlara başlayır.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, şirkət “İstanbul Sabiha Gökçən” və “Ankara Əsənboğa” hava limanlarından Dəməşqə birbaşa uçuşların başlanması barədə qərar verib.

Dəməşqə ilk uçuş aprelin 21-də İstanbuldan olacaq. Uçuşlar İstanbuldan həftədə 4, Ankaradan isə 3 dəfə yerinə yetiriləcək.