İlon Maskdan Azərbaycanla bağlı paylaşım

İlon Maskdan Azərbaycanla bağlı paylaşım
Gündəm 29 Mart 2025 14:00

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, “SpaceX” şirkətinin qurucusu İlon Mask “Starlink” peyk internet xidmətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı paylaşım edib.

Sitat.info xəbər verir ki, Mask “Starlink”in qlobal peyk rabitə sisteminin xidmətlərinin Azərbaycanda aktivləşdiyini təsdiqləyib.

“Starlink indi Azərbaycandadır”, - İlon Mask bildirib.