ABŞ kosmik qüvvələri üçün cihaz hazırlayır

ABŞ kosmik qüvvələri üçün cihaz hazırlayır
Gündəm 27 Mart 2025 17:36

ABŞ kosmik qüvvələri üçün orbital daşıyıcı aparat hazırladığını elan edib.

Sitat.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bu proseslə "Gravitics" şirkəti məşğul olacaq, layihə üçün büdcədən 60 milyon dollara qədər vəsait ayrılacaq", - qeyd olunub.

İddia edilir ki, belə bir daşıyıcı orbitdə təhlükələrə operativ cavab verən, bir neçə manevr edən kosmik gəminin yerləşdirilməsinə imkan verəcək.