Yerdə maqnit qasırğası başladı

Yerdə maqnit qasırğası başladı
HADİSƏ 27 Mart 2025 10:30

Yerin maqnit sahəsində pozuntu qeydə alınıb və artıq orta səviyyəyə çatıb.

 Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, Yerin maqnit sahəsindəki pozulma səviyyəsi beş göstəricinin monitorinq şkalası üzrə G2 ("orta") səviyyəsindədir ki, burada G5 "son dərəcə güclü", G1 isə "zəif"dir.

G2 səviyyəsi o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana bilər. Həmçinin radionaviqasiyada fasilələr və yüksəktezlikli radio rabitəsində pozulmalar baş verə bilər.