Ərdoğanın anasına təhqirə görə 43 nəfər saxlanıldı

Ərdoğanın anasına təhqirə görə 43 nəfər saxlanıldı
Gündəm 26 Mart 2025 20:12

İstanbulda keçirilən etiraz aksiyası zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın mərhum anasına və ailəsinə edilən təhqirlərlə bağlı hüquqi tədbirlər görülüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

Məlumata görə, tədbir çərçivəsində 43 nəfər saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.