ABŞ Venesueladan neft alan ölkələrə 25% rüsum tətbiq edir

ABŞ Venesueladan neft alan ölkələrə 25% rüsum tətbiq edir
Gündəm 24 Mart 2025 20:36

 

ABŞ Prezidenti Donald Tramp Venesueladan neft və ya qaz alan ölkədən idxal olunan məhsullara 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Tramp Venesuelanı on minlərlə qatili və digər cinayətkarları məqsədli şəkildə ABŞ-a göndərməkdə ittiham edib və cavab olaraq belə bir addım atacağını bildirib.

“İkinci dərəcəli tariflər” adlanan yeni rüsum aprelin 2-dən qüvvəyə minəcək.