6 nəfər dönərdən zəhərləndi, ikisi azyaşlıdı...

6 nəfər dönərdən zəhərləndi, ikisi azyaşlıdı...
Gündəm 22 Mart 2025 17:24

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.

Sitat.info xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla 6 nəfərin dönərdən zəhərləndiyi bildirilib.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.